skip to Main Content

VERGİTUTMA SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Biznesin uğurlu inkişafı meyarlarından biri vergi ödəmələrinin düzgün təşkilidir. Qüvvədə olan vergi qanunvericiliyi həddi-hüdudu vergi ödəmələrinin səmərələşdirilməsi təsərrüfat subyektinin vəziyyətinin yaxşılaşmasına və təsərrüfat fəaliyyəti zamanı külli itkilərə yol verməməsinə ciddi köməklik göstərmiş olur. Vergi ödəmələrinin səmərələşdirilməsi biznesin başlanması mərhələsində xüsusilə vacibdir. Sözsüz ki, biznesin müvəffəqiyyətli olması üçün Vergi Məcəlləsinin və vergi orqanlarının təlimat və məktublarının müddəalarını, habelə vergi orqanlarının təcrübəsini bilmək, eləcə də  vergi məsələləri üzrə mütəxəssislərinin köməyindən istifadə etmək zəruridir. Günümüzdə daha əhəmiyyətlisi vergi ödəyicilərinin vergi orqanlarının hüquqazidd əməllərindən müdafiə etməkdir.

Vergi ödəyicilərinin qanuni maraqlarının müdafiəsi məqsədi ilə biz aşağıdakı hüquqi xidmətləri təklif edirik:

  • vergi ödəmələrinin səmərələşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • vergi ödəmələri ilə bağlı məsləhətlərin verilməsi;
  • vergi risklərinin qiymətləndirilməsi və arzuedilməz vergitutma nəticələrdən yayınma məqsədi ilə əqdlərin hüquqi müşayiəti;
  • vergi risklərinin azaldılması baxımından sənədlərin işlənməsi;
  • vergi orqanlarında vergi ödəyicisinin mənafelərinin təmsil edilməsi və vergi yoxlaması zamanı hüquqi məsləhətlərin verilməsi;
  • vergi orqanının aktına qarşı etirazların hazırlanması və onların səlahiyyətli dövlət orqanlarında müdafiəsi