skip to Main Content

TƏŞKİLATI İDARƏETMƏ ÜZRƏ HÜQUQİ XİDMƏTLƏR

Mallar, işlər və xidmətlər bazarının durmadan inkişafı şəraitində aşağıdakı hüquqi hərəkətlərin edilməsinə ciddi ehtiyac duyulur:

  • yeni təşkilatların təsis edilməsinə;
  • mövcud təsərrüfat vahidlərinin birləşməsinə (qovuşmasına), bölünməsinə və ya digər şəkillərdə yenidəntəşkilinə, habelə onların ixtisas istiqamətlərinin dəyişməsinə;
  • kargüzarlığın düzgün təşkilinə;
  • sənədlə daxili quruluşun müəyyən edilməsinə, şirkətin müxtəlif növlü fəaliyyətinin düzgün sənədləşməsinə, o cümlədən bir sıra icraat sənədlərinin qəbuluna, və sairə.

Qeyd olunan məsələlərlə bağlı münasibətlərin hüququn bir neçə həmhüdud sahələrinə aid normalarla tənzimləndiklərinin nəzərə alınması vacibdir. Həmin normalar əsasən qeyri-icbari xarakter daşıyır və fəaliyyətlərinin bişim və növlərinin seçilmələri üçün, bazarın dəyişkən şərtlərinə uyğunlaşmaları üçün, təşkilati məsələlərin həllində çeviklik göstərmələri üçün şirkətlərə geniş imkanlar yaradır.

Bizim Büro müəssisə idarəetməsi sahəsində ən mühümləri aşağıda sadalanmış yüksək keyfiyyətli hüquqi yardım göstərir:

  • hüquqi şəxsin, dövlət və ya bələdiyyə orqanının, habelə qanunvericiliyə uyğun olaraq yaradılan və fəaliyyət göstərən digər təşkilatın, məsələn, ailə kəndli təsərrüfatının, eləcə də hüquqi şəxs hesab edilməyən digər təşkilatın təsis sənədləri layihələrinin hazırlanması;
  • hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatına köməklik göstərilməsi;
  • həm Respublikanın daxilində, həm də xaricində filial və nümayəndəliklərin, açılması və bağlanması üçün lazım olan sənədlərin hazırlanması; onların qeydiyyatı zamanı məsləhətlərin verilməsi və danışıqlarda iştirak;
  • Azərbaycan Respublikası rezidentləri olan hüquqi şəxsin xaricdəki törəmə şirkətlərinin təsis edilməsi məqsədi ilə sənədlərin hazırlanması;
  • lazımi lisenziya və digər xüsusi icarələrin alınması zamanı sənədlərin hüquqi müşayiəti;
  • təşkilati idarəetmənin səmərələşdirilməsi üzrə cizgi və taslaqların hazırlanması;
  • yenidən təşkil üçün sənədlərin hazırlanması;
  • hüquqi şəxslərin ləğv edilməsi üçün sənədlərin hazırlanması və hüquqi müşayiəti;
  • təşkilatın fəaliyyəti üçün lazım olan hər-hansı qaydaların, əsasnamələrin, təlimatların və digər idarədaxili hüquqi sənədlərin layihələrinin hazırlanması;
  • təşkilatın kollegial qurumunun iclasların və ya fərdi sahibkar tərəfindən sifariş edilmiş toplantının təşkili və hüquqi cəhətdən rəsmiləşdirilməsi;
  • müəssisələrin iç qurumunun yaradılması, içqurum (struktur) vahidlərinin əsasnamələrinin hazırlanması; təşkilatın fəaliyyət dairəsinə aid malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi qaydalarının layihələrinin tərtibi;
  • müəssisə (holdinq) çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət taslaqlarının (sxemlərinin) hazırlanması