skip to Main Content

SIĞORTA SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Məlumdur ki, kommersiya fəaliyyətinin və öz əmlakının, həyat və sağlamlığın onları təhdid edən risklərdən qorumağın mümkün üsullarından biri onların sığortalanması vasitəsi ilə əvvəlcə razılaşdırılmış riskli hallardan (sığorta hadisələrindən) müdafiəsidir. Hər kəs ona mənsub olan əmlakın, illədə ki, sağlamlığının qorunub saxlanmasıbda maraqlıdır. Əmlak riskinin kəmiyyəti həmin əmlakın dəyərinə düz mütənasibdir. Çağdaş sığorta bizim həm əmlakımızın, həm də özümüzün təhlükəsizliyimizin ölçüsüdür. Ona görə də sığorta sahəsi qanunvericiliyinin dəyişik məcraları üzrə məsləhətləşmələr getdikcə daha çox önəmsənir.

Büromuz sığorta sahəsində aşağıdakı xidmətləri göstərir:

  • sığorta (təkrarsığorta) şirkətlərinin qeydiyyatı zamanı onların hüquqi təminatı və sənədlərinin müşayiəti;
  • sığorta (təkrarsığorta) şirkəti tərəfindən lisenziya alınması üzrə icraatlar zamanı sənədlərin tərtibi və hüquqi müşayiəti;
  • sığorta (təkrarsığorta) şirkətinın tərəf olduğu sığorta ilə bağlı və sair müqavilələrin, o cümlədən onlara düzəlişlərin tərtibi və hüquqi təhlili;
  • sığorta münasibətləri iştirakçısının mənafelərinin digər şəxslərlə, o cümlədən dövlət orqanları ilə münasibətdə təmsil olunması;
  • sığorta ödənişinin edilməsindən imtinanın əsaslandırılması;
  • ödəniş işlərinin hüquqi ekspertizası;
  • reqres (subroqasiya) qaydasında vəsaitlərin təqsirkar tərəfdən tələb edilməsi;
  • sığorta müqaviləsi bağlanarkən sığortalının mənafelərinin təmsil edilməsi və sığorta ödənişinin alınmasında sığortalıya yardım göstərilməsi