skip to Main Content

TURİZM SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Son illərdə turistlərin və turizm şirkətlərinin Azərbaycana maraqlarının qat-qat artması müşayiət olunur. Bu həm Respublikamızın geostrateji vəziyyəti, həm daxili turizm xidmətlərindəki keyfiyyət artımı, həm ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayının artması, həm də ölkə əhalisinin daxili və xarici turizmə marağının artması ilə izah edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, respublikada turizmin tənzimlənməsi məsələsinə xüsusi yer ayrılır. Odur ki, aşağıdakıları qeyd etmək yerinə düşərdi:

  1. turizm sahəsində sosial iqtisadi proqramların həyata keçirilməsi;
  2. Azərbaycan Respublikasının turizm sahəsində bir çox beynəlxalq müqavilələrə qoşulması;
  3. turizm-rekreasiya zonaları, turizm marşrutları və s. turizm məsələləri haqqında qanunvericiliyin qəbulu;
  4. ölkəmizin bir sıra beynəlxalq turizm layihələrində, məsələn, “Xəzər Kruizi”, “Aleksandr Düma Qafqazda” layihələrində iştirakı vı s.

Turizm sahəsində qaldırılmış məsələlərin həllində yüksək səviyyəli mütəxəsislərin, o cümlədən hüquqşünasların köməyinə ehtiyac hiss olunmaqdadır. Şirkətimiz turizm fəaliyyətini tənzimləyən yeni normativ-hüquqi aktların layihələrinin işlənib, hazırlanmasında səlahiyyətli orqanlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, turizm xidmətləri üzrə ixtisaslaşmış şirkətlərin və turizm sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatlarının bu sahədə ixtisaslaşmış hüquqşünas köməyinə ehtiyacları vardir.

Büromuz turizm sahəsində aşağıdakıları ehtiva edən geniş çeşidli hüquqi xidmətlər göstərir:

  • turizm şirkətinin fəaliyyətinin təşkili üzrə xidmətlərin göstərilməsi;
  • turizm fəaliyyətinin həyata keçirilməsi üçün lazım olan lisenziya və digər xüsusi icazələrin alınması icraatlarının hüquqi müşayiəti;
  • müxtəlif turizm fəaliyyəti növlərinin hüquqi əsasları barədə məsləhətlərin verilməsi, yeni turizm məhsulunun ərsəyə gətirilməsi və satışı üçün sənədlərin tərtibi və hüquqi müşayiəti;
  • turizm şirkətinin və (və ya) turistlərin tərəfdar çıxdığı, yaxud onların maraqlarına toxunan istənilən növ müqavilə və ya digər əqdin layihəsinin hazırlanması;
  • viza və digər ölkəyə gəlmə (ölkədən getmə) sənədlərinin alınmasına köməklik edilməsi;
  • turistlərin hüquqlarının müdafiəsi üsullarının seçiminə yadım edilməsi;
  • turizm və rekreasiya sahələrində normativ aktların layihələrinin hazırlanması və onların sonrakı hərəkətinə dəstək verilməsi;
  • turizm şirkətlərinin və ya turistlərin mənafelərinin dövlət hakimiyyəti və ya yerli özünüidarə orqanları ilə münasibətdə təmsil edilməsi