skip to Main Content

ƏQLİ MÜLKİYYƏT SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Günümüzdə əqli mülkiyyət, məlumat, işgüzar nüfuz və sair qeyri-maddi nemətlər yüksək dəyərə malikdirlər, onların itirilməsi və ya onlara toxunulması isə ciddi zərər yetirir. Ənənəvi mühitlə yanaşı əqli mülkiyyət obyektlərinin qorunmasını təmin edəcək dəqiq tənzimləməyə ehtiyacı olan virtual mühit də artıq formalaşmışdır. Rəqabət şəraitində əqli mülkiyyət obyektləri arasında əmtəə nişanları və coğrafi adlar, müəlliflik hüquqları və əlaqəli hüquqlar, françayzinq və  kommersiya sirləri təqdirəlayiq yer tuturlar.

Əqli mülkiyyətin qorunması yönümündə büromuz aşağıdakı xidmətləri göstərir:

  • əmtəə nişanlarına, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə və sənaye mülkiyyətinin digər obyektlərinə olan hüquqların rəsmiləşdirilməsi;
  • yaradılacaq müəlliflik və patent hüquq obyektlərinə müəyyən hüquqlar əldə etmək məqsədi ilə yaradıcı əməkdaşlarla münasibətlərin rəsmiləşdirilməsi və müəlliflik mükafatlarının ödənilməsinin təşkili;
  • əqli mülkiyyət hüququ obyektlərinin istifadəsi üçün mülki-hüquqi əqdlərin tərtibi: lisenziya sazişi, kommersiya konsessiyası, müsabiqə elanı və s.;
  • əqli mülkiyyətlə bağlı əməliyyatlarla əlaqədar vergi ödənişləri üzrə məsləhətləşmələr;
  • əqli mülkiyyətin müdafiəsi ilə bağlı digər xidmətlərin göstərilməsi