skip to Main Content

TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Təbii sərvətlərin kəşfiyyatı və təbii ehtiyatların işlənməsi hər bir ölkə üçün böyük əhəmiyyət kəsb edir, çünki bunlar milli sərvətin tərkib hissəsidirlər.  Eyni zamanda təbii sərvətlər (ehtiyatlar) sərmayədarlar üçün əsl dəfinədir. Məhz bu amillər nəzərə alınaraq hər bir ölkədə təbii sərvətlər (ehtiyatlar) üçün və sərmayəçilər tərəfindən onların əldə edilməsindən iştirakları üçün xüsusi qanunvericilik formalaşdırılır və tətbiq edilir.  Xüsusi qanunvericiliyin mövcudluğu isə həmin sahədə ixtisaslaşan hüquqşünasların məsləhətlərindən istifadəni qaçılmaz edir.

Təbii sərvətlərin (ehtiyatların) kəşfiyyatı, işlənilməsi və satışı ilə məşğul olan və ya əsas fəaliyyət növü kimi digər şəkildə təbiətdən istifadəni həyata keçirən şəxslərə hüquqi yardım göstərmək məqsədi ilə Büromuz aşağıdakı xidmətlərini təqdim edir:

  • yerin təkindən istifadə üçün lisenziyanın alınması və təbii sərvətlərdən, o cümlədən yerin təkindən istifadəyə görə ödənişlərindən tutulması ilə bağlı məsələlər üzrə məlumatlandırma;
  • təbii sərvətlərdən istifadə və ətraf mühitin qorunması sahəsində, yerin təkindən istifadəyə lisenziyanın verilməsi ilə bağlı məsələlər üzrə xüsusi səlahiyyətli dövlət orqanları ilə mübahisələrin həllində hüquqi məsləhətlərin verilməsi;
  • təbiətdən istifadəyə dair müqavilələrin layihələrinin və digər məxsusi sənədlərin hazırlanması, onların bağlanması və hüquqi müşayiəti üzrə hüquqi məsləhətlərin verilməsi;
  • cansız aləm və heyvanat aləmi obyektlərinin istifadəsi məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi, təbiətdən hüquqi cəhətdən icazə verilmiş istifadənin (icazəli ovun, balıq tutmanın) təşkilində hüquqi yardımın göstərilməsi;
  • təbiətdən istifadə ilə bağlı normativ sənədlərin layihələrinin işlənib, hazırlanması və onların səlahiyyətli orqanlarla razılaşdırılması;
  • təbiətdən istifadə edənlərin vergiyə cəlb olunmaları məsələsi üzrə hüquqi məsləhətlərin verilməsi;
  • hasilatın pay bölgüsü barəsində sazişlərin icrasından irəli gələn münasibətlərin tənzimlənməsi üzrə hüquqi məsləhətlərin verilməsi;
  • müəssisələrin və digər obyektlərin layihələndirilməsi, tikintisi və yenidən qurulması zamanı dövlət ekoloji ekspertizasının təşkilinə köməklik göstərilməsi;
  • təbiətdən istifadə və təbiətin qorunması ilə bağlı işlərinin görülməsi məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi