skip to Main Content

ƏMLAK MƏSƏLƏLƏRİ ÜZRƏ HÜQUQİ XİDMƏTLƏR

Azərbaycanda əmlak bazarı mühüm inkişafa məruz qoyulub ki, bu da əlaqədar qanunvericilikdə və onun tətbiqi təcrübəsində təzahür edən misilsiz dəyişikliklərlə müşayiət olunur. Mülki münasibətləri tənzimləyən yepyeni qanunvericilik müdhiş imkanlar yaratmaqla yanaşı, müəyyən çətinliklər də törətmişdir. Müəyyən mənada bu həm də onunla bağlıdır ki, əmlak məsələləri müxtəlif hüquq sahələrinin normaları ilə tənzimlənir və hər bir konkret halda bu və ya digər əmlak mübahisəsi özünəməxsus olub, səhih araşdırma tələb edir. Günümüzdə əmlak mübahisələri məhkəmələr tərəfindən baxılan işlərin ən böyük qismini təşkil edirlər. Ən yayğın əmlak mübahisələri sırasında bunları qeyd etmək olar: daşınmaz əmlak barəsində, tikintisində iştirak etdiyinə görə mənzilə (yaşayış evinə) mülkiyyət hüququnun tanınması barədə,  evin əlaqə tikilisinə mülkiyyət hüququnun tanınması barədə, özbaşına tikililərə dair və s.. Əmlak mübahisəsi bütün hallarda işdə yüksək ixtisaslı hüquqşünasın iştirakını tələb edir.

Büromuzun daşınmaz əmlaka dair əqdlərin hüquqi müşayiəti sahəsində mühüm təcrübəyə malik hüquqçuları bəhs edilən sahədə aşağıdakı xidmətləri göstərirlər:

  • əmlaka dair, o cümlədən daşınmaz əmlak barəsində əqdlərin hüquqi müşayiəti, onların rəsmiləşdirilməsi zamanı hüquqi yardımı göstərilməsi;
  • daşınmaz əmlaka müxtəlif hüquqların dövlət qeydiyyatı prosesinin hüquqi müşayiəti;
  • icarə (sub-icarə), əvəzsiz istifadə, kirayə müqavilələrinin, habelə daşınmaz və ya qiymətli daşınar əmlakın başqa şəxsin sahibliyinə və (və ya) istifadəsinə təqdim edilməsi üzrə digər əqdlərin qeydiyyatına köməklik edilməsi;
  • əmlakın etibarnaməli idarəedilməsinin hüquqi rəsmiləşdirilməsi;
  • özəlləşdirmə icraatının hüquqi müşayiəti;
  • fiziki şəxslərin vərəsəlik hüquqlarının və hüquqi şəxslərin varislik hüquqlarının rəsmiləşdirilməsinə hüquqi yardım edilməsi