skip to Main Content

BANK FƏALİYYƏTİ SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Banklar, mühüm maliyyə qurumu olaraq biznesin inkişafını təmin etmək məqsədilə: maliyyə əməliyyatları həyata keçirir və onların şəffaflığını təmin edir, vergi agenti funksiyasını icra edir, əhaliyə digər bank xidmətləri göstərir, habelə qanunvericiliklə onlara qadağalanmamış digər öhdəlikləri əməl edirlər. Bu ixtisaslaşmış maliyyə təsisatının fəaliyyət dairəsi qanunvericilik-tənzimləmə baxımından öz mürəkkəbliyi və həcmi ilə seçilir. Azərbaycan Respublikasında bankların, bank olmayan kredit təşkilatlarının və bəzi bank xidmətləri göstərən milli poçt xidmətinin fəaliyyəti, digər hüquqi aktlarla yanaşı Mərkəzi Bankın hüquqi aktları ilə də əlavə tənzimlənir. Hüquqi aktların bu qədər dolaşıq sistemi belə özünəməxsus qanunvericiliklə yaxından tanış olan və müqayisəvi təhlil aparmaq bacarığı olan hüquqçunun xidmətlərinə ehtiyac yadadır.

Bizim büro banklara və bank olmayan kredit təşkilatına, habelə bank fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə məşğul olan qurumlara aşağıdakı xidmətləri göstərir:

  • bankların və bank olmayan kredit təşkilatlarının qeydiyyatı zamanı onların hüquqi təminatı və sənədlərinin müşayiəti;
  • bank lisenziyasının alınması üzrə icraatlar zamanı sənədlərin tərtibi və hüquqi müşayiəti;
  • kreditlərə və bank əməliyyatlarına nəzarətin təşkili (bank hesablarının açılması, hesab üzrə əməliyyatların aparılması və s.);
  • bankın və ya bank olmayan kredit təşkilatının tərəf olduğu kreditlə bağlı və digər müqavilələrin, o cümlədən onlara düzəlişlərin tərtibi və hüquqi təhlili;
  • bankların korporativ idarəetmə standartlarının həyata keçirilməsi zamanı qanunvericilik aktlarının və beynəlxalq bank təcrübəsinin düzgün tətbiqinin təşkili;
  • müxtəlif sahəvi qanunvericiliyin, habelə normativ xarakterli aktların bank fəaliyyətinə düzgün tətbiqi üçün məsləhətlərin verilməsi;
  • kredit təşkilatının qiymətli kağızlarının buraxılması zamanı sənədlərin tərtibatı və icraatların hüquqi müşayiəti;
  • dövlət orqanlarında kredit təşkilatının maraqlarının müdafiəsi