skip to Main Content

MÜŞTƏRİLƏRİN MƏHKƏMƏ MÜDAFİƏSİ ÜZRƏ HÜQUQİ XİDMƏTLƏR

Tərəfimizdən göstərilən xidmətlərin önəmli istiqamətlərindən biri müştərilərin hüquq və qanuni maraqlarının məhkəmədə müdafiəsidir. Məhkəmə müdafiəsi kimi hüquqi vasitə ilə istənilən həyat fəaliyyətinin müdafiəsinin mümkünatının diqqətə alınması vacibdir. Məhkəmə müdafiəsi hər kəsin konstitusion hüququ kimi müştərinin hüquq və qanuni maraqlarının ədalət mühakiməsi vasitəsi ilə təmin edilməsinə yönəlibdir. Yeni kəmiyyət və keyfiyyət göstəriciləri ilə dolu, tezartan ictimai münasibətlər, o cümlədən işgüzar dövriyyə münasibətləri zəminində maraqların toqquşması və ondan qaynaqlanan mübahisələr, günümüzün reallıqlarıdır.

Maraqlar toqquşmasından yaranmış mülki işlər və iqtisadi mübahisələr üzrə hüquqların bərpası və maraqların müdafiəsi üçün yüksək keyfiyyətli hüquqi yardımın əhəmiyyəti danılmazdır.

Büromuz məhkəmə müdafiəsi sahəsində aşağıdakı xidmətləri göstərir:

  • istənilən məhkəmə orqanlarına, o cümlədən Konstitusiya Məhkəməsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə və şikayətlərin hazırlanması;
  • bütün məhkəmə orqanlarında, o cümlədən beynəlxalq və xarici məhkəmələrdə mülki işlər və iqtisadi mübahisələr üzrə işlərin aparılması və mənafelərinin qorunması;
  • məhkəmə qərarlarının icrası məsələləri üzrə icra orqanlarında və digər qurumlarda işlərin aparılması və mənafelərinin təmsil olunması;
  • cinayət işlərinin və inzibati xətalar üzrə işlərin aparılması