skip to Main Content

HAQQIMIZDA

LCG hüquq bürosu 1998-ci ildə təsis edilmiş və hazırda LCG Vəkil Bürosu kimi fəaliyyət göstərir.
Bizim əsas məqsədimiz qarşılıqlı faydalanmaya əsaslanan tərəfdaş olmaqdır. Hər bir Müştərimizi tərəfdaş olaraq görürük. Əsas prinsiplərimiz etibarlılıq, dürüstlük və şəffaflıqdır. Müştərilərin maraqlarını qorumaq, haqlarını müdafiə etmək, mənfəətin qanuni artırılması və Müştərinin müvəffəqiyyətini təmin etmək bizim üçün vacibdir.
LCG hüquqi xidmətlər sahəsində 20 ildən artıq iş təcrübəsinə malikdir. Müxtəlif
hüquqi xidmətlər sahəsində ixtisaslaşmış, istənilən müşküllük dərəcəli sifarişləri
vaxtlı-vaxtında və keyfiyyətlə icrasını təmin edən kollektivdən ibarətdir.

Büromuzun əsas fəaliyyət istiqaməti hüquqi və fiziki şəxslərə, habelə dövlət orqanlarına (o cümlədən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinə), hökümət və qeyri-hökümət təşkilatlarına, qanunvericiliyə əsasən yaradılmış digər təşkilatlara hüquqi yardım göstərilməsindən ibarətdir.

Ən xoş arzularla,

Təsisçilər

Turqay Hüseynov
Samir Babayev