skip to Main Content

NƏQLİYYAT SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Şirkətimizin xidmət istiqamətlərindən biri də nəqliyyat sahəsində hüquqi xidmətlərin göstərilməsidir. Mallar, işlər və xidmətlər dövriyyəsinin həndəsi çoxalma ilə artdığı bazar iqtisadiyyatına keçid şəraitində həmin dövriyyənin aparıcı sütunu olan nəqliyyatla bağlı münasibətlər misilsiz mühümlüyə sahib olur. Ölkəmizin ərazisinin həm yerli, həm də transmilli, bölgəsəl daşımalar üçün istifadə edildikcə, iqtisadiyyatımızda nəqliyyatın yeri daha yaxşı izlənir. Axı ölkəmizin coğrafi yerinə görə, habelə onun nəqliyyat infrastrukturunun müasirləşdirilməsi fonunda onun ərazisinin malların və sərnişinlərin daşınması məqsədi ilə istifadəsi həm yerli, həm də transmilli müəssisələr üçün getdikcə daha sərfəli və aktual olur. Nəqliyyatın maddi istehsal sahəsi baxımından fərqli cəhəti ondan ibarətdir ki, o yeni maddi nemətlər yaratmır və ona görə də cəmiyyətin varidatını artırmır. Onun məhsulu yüklərin və insanların məsafələrə daşınması üzrə fəaliyyətdir. Sənayenin, ticarətin və sair mühüm sahələrin ahəngdar işi nəqliyyat müəssisələrinin mütəmadi, dəqiq işləməsindən, yüklərin və sərnişinlərin vaxtında daşınmasından asılıdır.

Büromuz qeyd olunan sahədə aşağıdakı xidmətləri göstərir:

  • daşıma və (və ya) nəqliyyat-ekspedisiya xidmətləri üzrə ixtisaslaşmış müqavilə layihələrinin hazırlanması, bağlaşmaların hüquqi ekspertizası;
  • lisenziya və icazələrin alınması icraatlarının hüquqi müşayiəti;
  • daşınan əmtəə və sərnişinlərin sığortalanması ilə bağlı məsələlərin həllinə hüquqi dəstək verilməsi;
  • nəqliyyat-daşınma məsələləri üzrə müştərilərin öz tərəf müqabilləri ilə danışıqlarda təmsil edilmələri;
  • nəql edilmə məsələləri ilə bağlı müştərinin inzibati təqibə məruz qaldığı təqdirdə ona hüquqi yardımın göstərilməsi;
  • nəqliyyat sahəsində beynəlxalq standartların tələblərinin, eləcə də yüklərin, sərnişinlərin və baqajın daşınmasına dair beynəlxalq aktların müddəalarının tətbiqi məsələləri üzrə məsləhətlərin verilməsi;
  • nəqliyyat sahəsində normativ aktların layihələrinin hazırlanması və onların sonrakı hərəkətinə dəstək verilməsi;
  • nəqliyyat məsələləri ilə bağlı mübahisələrin həlli mərhələsində müştərinin qanuni mənafelərinin təmsil olunması