skip to Main Content

TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Telekommunikasiya vasitələrinə marağın və onların əməli tətbiqinin artımı sürəti iqtisadi tədavülün və ümumilikdə ictimai münasibətlərin inkişafı sürətinə düz mütənasibdir. Əslində, məhz telekommunikasiya vasitələrinin tətbiqi danışıqların aparılması, müqavilələrin bağlanması və ümumən işlərin irəliləməsi sürətini təcillə gücləndirir. Bu isə öz növbəsində insan əməyinin faydalı iş əmsalının artmasına gətirib çıxarır. Bu gün ən yayılmış telekommunikasiya vasitələrinə aiddir: internet və digər oxşar elektron məlumat şəbəkələri, mobil rabitə vasitələri, kabel televiziyası və sair. Bununla belə, təcrübədə internet provayderlərinin, mobil rabitə və kabel televiziyası operatorlarının fəaliyyətlərinin qanunvericiliklə tənzimlənməsində böyük boşluqlar hiss olunur. Məsələn, internet gücünün təqdim edilməsi məsələləri, telekommunikasiya sahəsində müxtəlif icazələrin verilməsi qaydaları yetərincə tənzimlənməmişdir. Bu qarışıq qanunvericiliyin tətbiqində mütləq ixtisaslaşmış və çağdaş texnologiyaların incəliklərinə yaxından bələd olan hüquqşünasın yardımına ehtiyac vardır.

Telekommunikasiya vasitələrinin tətbiqi sahəsində büromuz aşağıdakı hüquqi xidmətlər çeşidini təklif edir:

  • provayderlərə, mobil rabitə operatorlarına və digər telekommunikasiya operatorlarına onların xüsusatları nəzərə alınmaqla bütün növ korporativ idarəetmə üzrə hüquqi xidmətlər göstərmə. Həmin xidmətlər aşağıdakıları əhatə edirlər: provayder, mobil operator və digər telekommunikasiya operatoru xidmətlərinin satışı və digər əqdlərinin layihələrinin hazırlanması; habelə provayder və telekommunikasiya operatoru ilə onların tərəf müqabilləri arasında birgə fəaliyyət və digər xüsusi müqavilələrin layihələrinin hazırlanması;
  • lisenziya və uyğunluq sertifikatının alınması prosesinin hüquqi müşayiəti;
  • telekommunikasiya sahəsində normativ aktların layihələrinin hazırlanması və onların sonrakı hərəkətinə dəstək verilməsi;
  • internet provayderlərinin, mobil rabitə və digər telekommunikasiya operatorlarının yeni məhsullarının ərsəyə gətirilməsi və satışı üzrə sənəd layihələrinin hazırlanması