skip to Main Content

ƏMƏK MÜNASİBƏTLƏRİ SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Məşğulluq, əmək və sosial təminat məsələləri kommersiya fəaliyyətinin mühüm amillərindəndir. Onlar nəinki sürətlə inkişaf edən, əməyin təşkili və həvəsləndirilməsinin ən müasir üsullarını tətbiq etməyə, əmək mübahisələrinin effektiv həllinə çalışan şirkətlərin fəaliyyətinə toxunur, həm də, yenidən təşkil edilən, ştatlarını ixtisara salan, əmək mübahisələrinə gətirib çıxaran digər tədbirlər görən şirkətlərin də fəaliyyətinə də təsir edir. Dahası, iqtisadi böhranla yoğurulmuş maliyyə durumu həm işçinin, həm də işəgötürənin hüquqlarının pozulmasına səbəb ola bilər. Mübahisəli məsələnin həllinin təməl daşı nəinki hüquqlarının bilməkdən, həm də onların zərgər dəqiqliyi ilə qorunması bacarığına malik olmadan ibarətdir. İşçi ilə işəgötürən arasında münasibətlərin tənzimlənməsində vacib yeri əmək qanunvericiliyinin normaları tuturlar, hansıların ki, əsas məqsədləri: əmək münasibətləri tərəflərinin maraqlarının optimal uzlaşdırılmasına nail olunması üçün lazımi hüquqi şəraitin yaradılması, əmək münasibətlərinin tənzimlənməsində insan hüquqlarının müdafiəsi mexanizmlərinin nə əlverişli şəkildə tətbiqidir. Qeyd edilən əngəlliklərin həllində əmək qanunvericiliyi sahəsində mütəxəssislərin köməyi xüsusi yer tutur.

Məşğulluq, əmək və sosial təminat məsələləri sahələrində bizim büro aşağıdakı xidmətləri göstərir:

  • boş iş yeri elan edilən zaman, işə qəbulun, o cümlədən müsabiqələrin keçirilməsi, işə qəbuldan imtinanın əsaslandırılması zamanı sənədlərin tərtibi və onların hüquqi müşayiəti;
  • işçilərin sınağı və stajkeçməsi zamanı sənədlərin tərtibi və onların hüquqi müşayiəti;
  • əmək münasibətləri rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması, fərdi əmək müqavilələrinin (kontraktlarının) tərtibi və bağlanmasının hüquqi müşayiəti;
  • kollektiv müqavilə və sazişlərin tərtibi, bağlanmasının və qeydiyyatının təşkili;
  • insan qaynaqlarının hesabaalınmasının (kadr uçotunun) təşkili;
  • əməyin mühafizəsinin təşkili və onun sənədləşdirilməsi;
  • işçilərin kollektiv və fərdi maddi məsuliyyətlərinin rəsmiləşdirilməsi və qanuniləşdirilməsi;
  • müştərinin kommersiya sirri (peşə sirri) rejiminin rəsmiləşdirilməsi;
  • əmək münasibətlərinin tənzimlənməsinə hədəflənmiş yerli (təşkilatdaxili) aktların layihələrinin işlənib-hazırlanması;
  • qeyri-rezidentlərə işləmə icazəsinin alınması;
  • əmək münasibətlərinin vergi cəhətlərinə dair məsləhətləşmələrin aparılması;
  • həmkarlar ittifaqları ilə münasibətdə müştərinin təmsil edilməsi;
  • işçilərin və iş yerlərinin attestasiyası prosesinin hüquqi müşayiəti;
  • mübahisənin məhkəmə araşdırması səviyyəsinə çatdırılmaması məqsədi ilə əmək mübahisələrinin həllində köməklik göstərilməsi;
  • sosial təminat məsələlərində müştərinin maraqlarının müdafiəsi