skip to Main Content

QİYMƏTLİ KAĞIZLAR SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Qiymətli kağızlar xüsusi sərmayələrin (investisiyaların) əsas növlərindən biridir və onların məqsədləri: pul vəsaitlərinin toplanması və artımı üçün əmanətlərin yayılmasından ibarətdir. İstənilən pul yatırımı risklərlə bağlıdır: bazardakı qiymətdəyişmə, müflisləşmə və iflas ehtimalı, pulun alıcılıq qabiliyyətinin azalması və investisiya obyektinin satışındakı əngəllər, inflyasiya nəticəsində sərmayələrin və ya ondan əldə edilmiş gəlirlərin itirilməsi təhlükəsi. İnvestisiya yatırımlarındakı gizli risklərin yüksək səviyyəsi, özü də ki, maliyyə böhranı şəraitində sərmayəçinin maliyyə yatırımları risklərinin ən aşağı səviyyəyə çatdırılması maraqlarını artırır. Qiymətli kağızlar bazarının mexanizmləri, onun iştirakçılarının hüquqi vəziyyəti, qiymətli kağızlarla əməliyyatların aparılması təfərrüatı barədə məlumatlı olmaq böyük sərvətlərin qorunub saxlanmasına və təhlükəsiz dövriyyəsinə zəmanət vermiş olar.

Qiymətli kağızlarla bağlı bizim təcrübəmiz məsləhətləşmə də daxil olmaqla aşağıdakıları əhatə edir:

  • səhm, istiqraz, opsion, veksel və digər qiymətli kağızların tədavülə buraxılması (emissiyası) prosesinin hüquqi müşayiəti;
  • emissiya prospektləri layihələrinin hazırlanması və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə məsləhətləşmələr;
  • qiymətli kağızlarla əqdlərin bağlanmasına köməklik göstərilməsi, o cümlədən onların hüquqi ekspertizası;
  • veksel dövriyyəsi üzrə məsləhətləşmələr;
  • qiymətli kağızlar sahəsində normativ aktların layihələrinin hazırlanması və onların sonrakı hərəkətinə dəstək verilməsi;
  • qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi üzrə məsləhətləşmələr