skip to Main Content

TİKİNTİ SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR

Yeni minilliyin ilk illərindən Respublikamızda tikinti təşvişi tüğyan edir. Buna baxmayaraq tikinti üzrə, yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə münasibətləri tənzimləyən qanunvericilik normaları pərakəndə şəkildə, əsasən icra hakimiyyəti orqanlarının hüquqi aktlarında əks etdirilib. Bunlara baxmayaraq, qeyd edilən normaların Mənzil və Tikinti məcəllələri çərçivələrində qaydaya salınmasına cəhd göstərilir.

Tikinti biznesinin digər problemi tikililərin satışı ilə bağlıdır. Bir tərəfdən Mülki Məcəlləsinin müddəalarına görə mövcud olmayan əmlakın satışı mümkünsüzdür. Digər tərəfdən, inşaatçıların tikintinin maliyyələşdirilməsi problemi yaranır və bu müşküllüyün ən əlverişli həlli isə tikilməkdə olan yaşayış və qeyri-yaşayış sahələrinin satışıdır.

Büromuz tikinti sahəsinin müxtəlif istiqamətləri üzrə uğurla hüquqi xidmətlər göstərir. Bu xidmətlər tikinti şirkətlərinə, onların xüsusatları nəzərə alınmaqla göstərilən hüquqi xidmətlərin tüm məcmusunu əhatə edib, lakin bununla məhdudlaşdırılmayaraq, o cümlədən aşağıdakıları özündə ehtiva edir:

  • tikinti şirkətinin sənədlərinin hüquqi təhlili, səmərələşdirici təkliflərin verilməsi;
  • tikinti şirkətinin ehtiyacı olan müqavilələrin, təlimatların, qaydaların və sair sənədlərin layihələrinin hazırlanması;
  • tikintinin aparılması üçün tələb olunan sənədlərin alınması üzrə icraatların hüquqi müşayiəti, tikinti şirkətinin təşkilati inkişafına dair xüsusi sənədlərin hazırlanması, onların müxtəlif qurumlarla razılaşdırılması;
  • tikinti şirkətlərində vergi ödəmələrinin yüngülləşdirilməsi sxemlərinin tərtibi;
  • tikintiyə sərmayələrin cəlb edilməsi sxemlərinin işlənib-hazırlanması;
  • tikinti sahəsində normativ aktların layihələrinin hazırlanması və onların sonrakı hərəkətinə dəstək verilməsi;
  • tikintidə xüsusi texnikanın istifadəsi üçün icazələrin alınmasında hüquqi köməklik göstərilməsi